Baş nazirin korteji atəşə tutuldu

Baş nazirin korteji atəşə tutuldu
16:42 20 Fevral 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyanın paytaxtı Tripolidə naməlum şəxslər ölkənin baş naziri Faez əs-Sərracın olduğu korteji atəşə tutublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində nazirin iki mühafizəçisi yaralanıb.

Kortejdə baş nazirlə yanaşı, Ali Dövlət Şurasının sədri və prezident mühafizə xidmətinin rəhbərinin də olduğu bildirilir.

Baş nazirin vəziyyəti barədə məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR