Daşkənd aeroportu Düşənbədən son 25 ildə ilk dəfə gələn aviareysi qəbul etməyib

Daşkənd aeroportu Düşənbədən son 25 ildə ilk dəfə gələn aviareysi qəbul etməyib
16:47 20 Fevral 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Daşkənd aeroportu 1993-cü ildən bəri ilk dəfə Düşənbədən gələn sərnişin aviareysini qəbul etməkdən imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Tacikistanın "Somon Air" aviaşirkətindən bildiriblər.
"Fevralın 10-da Daşkənddə aparılan danışıqlarda "Somon Air" aviaşirkətinə fevralın 20-dən etibarən Daşkənd hava limanına uçuş həyata keçirməyə icazə verilib. Amma bu gün "Somon Air" Daşkənd hava limanından uçuşun həyata keçirilməsinin qadağan olması ilə bağlı mesaj alıb", - aviaşirkətin bəyanatında deyilir.
Ümumiyyətlə,  Daşkəndə ilk müntəzəm reysdə 26 sərnişin uçmalı idi.
"Bütün sərnişinlərə bilet üçün ödədikləri məbləğ geri qaytarılıb. Bəzilərinə isə Düşənbə-Xücənd marşrutu üzrə yeni bilet qeydiyyatdan keçirilib", - aviaşirkətdən bildirilib.
Xatırladaq ki, bu il fevralın 10-da Daşkəndən Düşənbəyə son 25 il ərzində ilk təyyarə uçub və hava gəmisinin göyərtəsində qonaqlar və mütəxəssislər olub. Bu, texniki reys kimi həyata keçirilib. Tacikistan və Özbəkistan arasında birbaşa uçuşlar siyasi münasibətlərin pisləşməsi nəticəsində 1993-cü ildən həyata keçirilmir. Ölkələr arasında hələ də viza rejimi mövcuddur.

Xəbərin orijinal ünvanı: https://report.az/region/daskend-aeroportu-dusenbeden-son-25-ilde-ilk-defe-gelen-aviareysi-qebul-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR