"FMS models" sahibini dəyişir - FOTO

"FMS models" sahibini dəyişir - FOTO
17:05 20 Fevral 2017
122 Maraqlı
Ölkə mətbuatı
A- A+

2005-ci ilin avqustunda model Lyubov Qutorovanın rəhbərlik etdiyi "Fashion Models School" model agentliyi öz imicini dəyişərək "2014 de FMS models" adı ilə tanındı.

2005-ci ildə "Fashion Models School" təsisçisi həmin ildə çox məşhur olan "Best Model of Azerbaijan 2005" müsabiqəsini təşkil edərək həmin müsabiqənin prezidenti olmuşdu.  Müsabiqənin ilk iştirakçıları, elə həmin il yenicə fəaliyyətə başlamış model agentliyinin modelləri oldular. "Fashion Models School" mükəmməl iş icrası üçün yaranmış tələbləri nəzərə alaraq, qısa müddətdə məşhurluq qazanmış modellik məktəbini açır. Şəhərimizin bir çox modelləri bu məktəbdə təcrübə toplayaraq dünya moda aləminə səyahət etmişlər. Lyubov Qutorovanın simasında "FMS Models" model agentliyi bir çox təşkil olunmuş modellik və gözəllik müsabiqələrinin, o cümlədən "Best Model of Azerbaijan" 2005, 2008, 2010, "Miss Azerbaijan 2010" və s. müsabiqələrin təşkilatçısı olmuşdu. Agentliyin rəhbəri "FMS Models"in 11 illik fəaliyyəti zamanı bir çox modellik, modelyerlik, gözəllik və sair buna bənzər müsabiqələrdə münsif heyəti olmuşdu. "FMS Models" 2005-ci ildən Azərbaycanda modellik biznesində və bir çox sahələrdə öz xidmətləri ilə tanınmış ən öndə gedən model agentliyidir. Agentliyin modelləri Albino, Tony Ward, Reguiem, Ermano Scervino, Philipp Plein, Renato Balestro, Stephane Rolland, Qalit Levi, Yildirim Mayruk, Jordi Dalmau və bir çox digər tanınmış dizaynerlərin nümayişlərində iştirak ediblər. 2015-ci ildə "FMS Models" defile təşkil edib, bir çox qonaqları dəvət edərək öz on illik yubileyini geniş şəkildə qeyd etmişdi. Eyni zamanda agentliyin sahibi uzaq gələcəyə dair planlar qururdu. Lyubov Qutorova deyir: "Agentlik öz funksiyasını uğurla yerinə yetirəndə məndə Azərbaycan dizaynerləri ilə işləmək üçün layihələrin təşkili planı üzrə fikirlər meydana gəldi - milli modelyerlerin populyarlaşdırılması.

Sirr deyil ki, bu istiqamət, demək olar ki, bizim respublikanın moda bazarını axsadır. Və beləliklə 2014-cü ildə Azərbaycanda bir neçə "Baku Fashion Night" dizaynerlərinin iştirakı ilə ilk layihə keçirildi. Tədbirin təşkilini "FMS models" modellik agentliyi baş sponsor və tərəfdaş olan Excelsior otelinin dəstəyi ilə həyata keçirdi.

Bu layihə yerli dizaynerlərin dəstəyi, eyni zamanda moda auditoriyası ilə maraqlananlar üçün yaradılmışdı. O vaxtdan bəri layihələr mövsümdə iki dəfə olaraq həyata keçirilir. Və budur, artıq 5 mövsüm keçib və daha çox Azərbaycan dizaynerləri meydana çıxırlar. Amma dizaynerlik layihələri altında modelyerlik biznesinə olan marağım azaldı. Son iki-üç ili mən klassik suala cavab tapmaqda əziyyət çəkirdim - nə edim? Bu gün cavab tapılıb! Və bu, mətbuat konfransının əsas mövzusudur.

Məni artıq başqa hədəflər maraqlandırır. Ona görə də mənim istəyim öz vaxtımı mənə maraqlı olan şeylərə həsr etməkdir. Əlbəttə ki, mən "FMS models"in prezidenti və agentliyin yaradıcısı kimi qalıram və mənə agentliyin tədbirlərində qonaq kimi iştirak etmək xoş olacaq, amma bütün əsas idarəetmə yeni sahibkara və onun komandasına keçir. Mən onlara çoxlu uğur arzulayıram".

"FMS models" tarixində yeni dönüş başlayır. Onun əvəzedilməz sahibkarı Lyubov Qutorova öz işini başqa əllərə, "Fashion Models School"un yeni rəhbəri, "Big Mas" holdinqinin prezidenti Araz Mirzəyevə həvalə edir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR