"Qalatasaray"da prezidentliyə sürpriz namizəd

"Qalatasaray"da prezidentliyə sürpriz namizəd
17:07 20 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın sabiq vitse-prezidenti Abdurrahim Albayrak klub prezidentliyinə namizədliyini açıqlayıb. Fanat.Az xəbər verir ki, azarkeşlərin sevimlisi hazırkı prezident Dursun Özbekin ona rəhbərlikdə təmsil olunmağı təklif edib.

Lakin Abdurrahim Albayrak bundan imtina edib: "Bundan sonrakı hədəfim prezidentlik olduğu üçün təklifi rədd edim. Baş məşqçi postuna da 4 namizədim var".

Çılğınlığı ilə seçilən, "Qalatasaray"yın oyunları zamanı həyacandan dəfələrlə ürək dərmanı içən və bir neçə dəfə matç zamanı təcili yardıma müraciət etməli olan sabiq klub rəsmisi İqor Tüdorun baş məşqçi postuna gətrilməsinə qarşı çıxıb: "Klubların bir-birinə ehtiyacı var. Minlərlə məşqçi fəaliyyət göstərir. Amma bir dənə "Karabükspor" var. Mən dostluq tərəfdarıyam. Fikrimcə, İqor Tüdorun gətrilməsi doğru olmadı. Bir başqa klubda çalışan, bir neçə gün sonra oyunu olan baş məşqçini mənr klubun başına gətirməzdim. Tüdor namizədlərimdən biri idi, amma onu bu şəkildə gətirməzdim".

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotda-prezidentliy-surpriz-namizd-t56407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR