“Holcim (Azerbaijan)”ın səhm paketi satılıb

“Holcim (Azerbaijan)”ın səhm paketi satılıb
17:12 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin (Qaradağ Sement Zavodu) səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.
“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 186 səhmdən ibarət qiymətli kağızlar paketinin realizə edilməsini nəzərdə tutur. Səhmlərin nominal dəyəri 20 manat olsa da, onlar 65% baha - 33 manatdan alınıb-satılıb. Alıcı və satıcı tərəflər açıqlanmayıb.
Qeyd edək ki, martın 16-da “Holcim (Azerbaijan)” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Yığıncaqda zavodun ötən ilki fəaliyyəti ilə bağlı səhm sahiblərinə hesabat veriləcək. “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hesab edir ki, bu yığıncaqda açıqlanacaq məlumatlar, daha dəqiq desək müəssisənin ötən il mənfəətlə və yaxud zərərlə işləməsi, onun səhmdarların dividend ödəyib-ödəməyəcəyi Qaradağ Sement Zavodunun bazar dəyərinə (səhmlərinin qiymətinə) təsirsiz ötüşməyəcək.
Xatırladaq ki, "Holcim (Azerbaijan)" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/holcim-azerbaijan-in-sehm-paketi-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR