Los Anceles ən sıx tıxac olan şəhərlər reytinqinə başçılıq edir

Los Anceles ən sıx tıxac olan şəhərlər reytinqinə başçılıq edir
17:37 20 Fevral 2017
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Los Anceles dünyanın ən sıx tıxacı olan şəhəri adına sahib çıxıb.
"Report" xəbər verir ki, bunu "Inrix" şirkətinin reytinqi göstərir.
Reytinqə əsasən, 2016-cı ildə Los Anceles sürücüləri tıxaclarda 104 saat sərf ediblər.
Reytinqdə ikinci yeri Rusiyanın paytaxtı Moskva (91 saat), üçüncü isə ABŞ-ın Nyu-York şəhəri (89 saat) tutub.
İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub.
İlk onluqda həmçinin San Fransisko, Boqota, San Paulu, London, Atlanta, Paris, Mayami yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/los-anceles-en-six-tixac-olan-seherler-reytinqine-basciliq-edir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR