Dollar TL-yə qarşı 8,35 faiz zəiflədi

Dollar TL-yə qarşı 8,35 faiz zəiflədi
17:38 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Dolların 2016-cı ilin son rübündə başlayan və 2017-ci ilin ilk aylarında 4 TL sərhədinə çatan yüksəliş qatarı tərsinə dönüb.

Publika.az xəbər verir ki, 2017-ci il tarixində dollar 3.9422 səviyyəsinə yüksəldi. Rəcəb Tayyib Ərdoğanın dolların türk lirəsinə qarşı məzənnəsinin 3.5 TL təşkil edəcəyi yönündə açıqlamasından sonra dollar 3.6132 TL təşkil etdi.

Keçən həftə Mərkəz Bankın müdaxilələri və kursa qarşı manevrlərindən sonra dollar 3.70 TL səviyyəsinə gerilədi. Bu həftənin ilk günündə isə dollar 3.6132 TL-yə düşərək 1.5 ayın ən aşağı səviyyəsinə gerilədi. Beləliklə ötən 9 gün ərzində dolların TL qarşısındakı dəyər itkisi 8.35 faiz oldu.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/188602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR