Qazaxıstanda uçot dərəcəsi 11%-ə salınıb

Qazaxıstanda uçot dərəcəsi 11%-ə salınıb
17:52 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı ölkədəki baza uçot dərəcəsini 12%-dən 11%-ə endirib. 
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bununla yanaşı, uçot dərəcəsi koridorunun aşağı həddi 10%, yuxarı həddi isə 13% olaraq müəyyən edilib. 
Xatırladaq ki, Qazaxıstanda bu ilin yanvar ayında inflyasiya hədəflənən səviyyə - 6-8%-dək geriləyib. 
Qazaxıstan Mərkəzi Bankının sədri Daniyar Akişevin sözlərinə görə, inflyasiya gözləntilərinin azalması, sabitliyin bərpası, daxili valyuta bazarında proqnozların verilə bilməsi, işgüzar fəallığın artması, eləcə də xarici amillərin müsbət tendensiyası pul-kredit siyasətini yumşaltmağa imkan yaradıb. 
Baş bankir yeni faiz endirimi qərarının verilməsi imkanlarını hələlik məhdud hesab etdiyini bildirib. 
Qeyd edək ki, Qazaxıstan 2016-cı il noyabrın 14-də uçot dərəcəsini 12,5%-dən 12%-ə endirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazaxistanda-ucot-derecesi-11-e-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR