Azay Quliyev Vyanaya gedir

Azay Quliyev Vyanaya gedir
17:57 20 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə A.Quliyevin "Tvitter" hesabından yaydığı məlumatda deyilir.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda "Böhran dövründə insan hüquqlarının qorunması" mövzusunda xüsusi debat da təşkil olunacaq.

Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək.

Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR