Sarkisyandan Qarabağ etirafı: “Biz uğursuzluğa məhkumuq olmuşuq”

Sarkisyandan Qarabağ etirafı: “Biz uğursuzluğa məhkumuq olmuşuq”
18:03 20 Fevral 2017
335 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkiləri öncəsi maraqlı etirafla çıxış edib.

Publika.az
xəbər verir ki, Sarkisyan əhalini parlament respublikasına keçidi dəstəkləməyə çağıraraq, bunun ölkənin gələcəyi üçün lazım olduğunu bildirib.

“Bizim xarici mühitimiz mürəkkəbdir. Tez-tez fövqəladə hadisələr baş verir. Lakin bu o demək deyil ki, biz bütün bunlarla barışmalı və heç nə etmədən gözləməliyik. Mən dəfələrlə demişəm ki, Qarabağ məsələsi həll olunmayıb və biz uğursuzluğa məhkum olmuşuq. Türkiyə ilə sərhəd bağlıdır və blokada ləğv olunmayıb. Biz milli təhlükəsizliyimizə diqqət etməliyik. Hansı ki, pis idarəçilik bilavasitə milli təhlükəsizliyə və ölkənin müdafiə qabiliyyətinə təsir edir. Biz məhz buna görə konstitusiya islahatına getdik”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR