Bakıda "Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf" konfransı keçiriləcək

Bakıda "Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf" konfransı keçiriləcək
18:07 20 Fevral 2017
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva. 20 fevral. REPORT.AZ/ Rusiya tərəfdən təqribən 30 ekspert, Dövlət Dumasının deputatları, Federasiya Şurasının və Rusiya İctimai Palatasının üzvləri rəsmi Moskva və Bakı arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya gələcəklər.
Bu barədə "Report"un Moskva müxbirinə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov məlumat verib.
Onun sözlərinə görə, "Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf" konfransı fevralın 24-də keçiriləcək. Tədbir Azərbaycan parlamentinin dəstəyi ilə keçiriləcək. Konfransın təşkilatçısı qismində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Rusiya Siyasi Araşdırmalar İnstitutu çıxış edəcək.
S.Markova fikrincə, Bakıda Rusiya və Azərbaycan arasındakı əməkdaşlığın müxtəlif sahələri barədə maraqlı müzakirələr aparılacaq.
Konfransda siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı, eləcə də birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə olunacağı planlaşdırılır.
Konfransda Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini, teleaparıcı Oksana Puşkina, "Kommersant" nəşriyyat evinin beynəlxalq icmalçısı Sergey Strokan, Beynəlxalq Slavyan Akademiyasının rektoru Sergey Baburin, Rusiya İctimai Palatasının üzvü Georgi Fyodorov, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev kimi tanınmış rusiyalı xadimlər, eləcə də Rusiya Dövlət Dumasının bir sıra deputatları iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-rusiya-ve-azerbaycan-25-illik-emekdasliq-ve-inkisaf-konfransi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR