Həmzə Kərimov Rumıniya Cüdo Federasiyasının vitse-prezidenti seçilib

Həmzə Kərimov Rumıniya Cüdo Federasiyasının vitse-prezidenti seçilib
18:37 20 Fevral 2017
168 İdman
Ölkə mətbuatı
A- A+

Buxarest. 20 fevral. REPORT.AZ/ Bu gün Rumıniya Cüdo Federasiyasının İdarə Heyətinin iclası keçirilib. 
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Rumıniya Milli Olimpiya və İdman Komitəsində keçirilən iclasda 150-dən çox nümayəndə iştirak edib. 
Rumıniya Cüdo Federasiyası prezidentliyinə, vitse-prezidentliyinə və digər rəhbər vəzifələrə seçkilər keçirilib. Rumıniyanın tanınmış siyasətçisi və jurnalisti Cozmin Guşa federasiya prezidenti seçilib. 
aha sonra federasiyanın vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib. SOCAR-ın Rumıniyadakı “SOCAR Petroelum SA” şirkətinin baş direktoru Həmzə Kərimov da daxil olmaqla daha 4 nəfər vitse-prezident vəzifələrinə seçiliblər.
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyasının hazırkı prezidenti Daniel Florin Lascau 2015-ci ildə noyabrın 23-də bu vəzifəyə seçilib və bu il onun səlahiyyət müddəti başa çatır. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/hemze-kerimov-ruminiya-cudo-federasiyasinin-vitse-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR