Leoni Mergenin "Qarabağ Kolleksiyası" London Moda Həftəsində nümayiş olunub

Leoni Mergenin "Qarabağ Kolleksiyası" London Moda Həftəsində nümayiş olunub
18:57 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Berlində yaşayan gənc dizayner Leoni Mergenin “Qarabağ Kolleksiyası”nın Böyük Britaniyada təqdimatı keçirilib.
Bu barədə “Report”a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, 18 komplektdən ibarət kolleksiya xətti Azərbaycanın Qarabağ bölgəsinin irsi və mədəniyyətinə tamamilə yeni yanaşmanı göstərir.
Təqdimat kolleksiyanın Berlində keçirilən “Mercedes-Benz” Moda Həftəsində olan dünya premyerası və daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən tədbirində yüksək səviyyəli nümayişindən sonra keçirilib.
London Moda Həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən çox insanı cəlb edir. 
Tədbirdən sonra Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən Londonun Şorditç rayonunda yerləşən Andaz Studiyasında keçirilən ziyafətdə 100-ə yaxın yüksək təbəqədən olan moda sevərlər iştirak edib. Tədbir BBC və AzTV tərəfindən işıqlandırılıb.
Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir. Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər həm kişi, həm qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayır.
Kolleksiyanın hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/leoni-mergenin-qarabag-kolleksiyasi-london-moda-heftesinde-numayis-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR