Doğulanda oğlan idi, indi model Valentinadır - FOTO

Doğulanda oğlan idi, indi model Valentinadır - FOTO
19:12 20 Fevral 2017
359 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur "Vogue Paris" moda jurnalı ilk dəfə olaraq transgender modelin fotosessiyasını dərc edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, braziliyalı supermodel Valentina Sampayo əvvəllər kişi olub. Jurnal Valentinanın fotosunu İnstagram-dakı profilində də paylaşıb.

"Bu nömrəmizdə transgenderlərin gözəlliyini və Valentina Sampayo təki Vogue jurnalına ilk dəfə çəkilən modellərin bacarığını qürurla vurğulamaq istəyirik. Onlar moda aləmini dəyişməklə yanaşı, mövcud təsəvvürləri alt-üst edirlər".

Jurnalın redaktoru Emmanuil Alt isə 22 yaşlı Valentina Sampayo barədə belə yazıb: "Bu gözəl qadın dünyaya oğlan kimi gəlib. O bizi sadəcə gözəlliyi ilə yox, həm də kişi və qadın gözəlliyi barədə təsəvvürlərimizdə dəyişikliklərin simvolu olması ilə cəlb etdi". 

V.Sampayo ötən il "ELLE Brasil" üçün fotosessiyaya çəkilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR