ANAMA: Cocuq Mərcanlı kəndində 3 evə baxış keçirilib, avtomobil yolunda 656 ədəd qəlpə aşkarlanıb

ANAMA: Cocuq Mərcanlı kəndində 3 evə baxış keçirilib, avtomobil yolunda 656 ədəd qəlpə aşkarlanıb
19:22 20 Fevral 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən fevralın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 656 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkarlanmayıb, nəticə etibarilə 19 660 kv.m ərazi (9 160 kv.m əl ilə və 10 500 kv.m mexaniki üsulla) yoxlanılıb.
Ümumiyyətlə, 17 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 26 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 128 226 kv.m ərazi (55 226 kv.m ərazi əl ilə və 73 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən bu il yanvarın 1-dən fevralın 20-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 29 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 157 220 kv.m ərazi (84 220 kv.m ərazi əl ilə və 73 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/anama-cocuq-mercanli-kendinde-3-eve-baxis-kecirilib-avtomobil-yolunda-656-eded-qelpe-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR