Səfurə İbrahimova KADRARXASI görüntülərdən danışdı: "Mənim də kadrlarım kəsilib" - FOTO

Səfurə İbrahimova KADRARXASI görüntülərdən danışdı: "Mənim də kadrlarım kəsilib" - FOTO
19:27 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Tədqiqatçı Füzuli Sabiroğlu "Bizim Cəbiş müəllim" filmindən kəsilən kadrları üzə çıxardıb. Milli.Az filmdə digər bir əsas obrazı yaradan xalq artisti Səfurə İbrahimova ilə əlaqə saxlayıb. O, saytımıza bunları deyib:

"Film o vaxtı çəkilib və qaldı keçmişdə. Bilmirəm, niyə bunlar köhnə kadrları açıb göstərirlər? Sənətkarı gözdən salmaq olmaz, bu bir filmdir. Mənim nə bu kadrlardan, nə də televiziya və saytlardan xəbərim var. İndi yenə yazacaqlar, efirdə danışacaqlar. Nəyə lazımdır bunu etmək? Mənim Şəfiqə xanımla bir səhnəm olmayıb, ona görə də bu kadrlar haqda bir söz deyə bilməyəcəyəm. Siz elə bilirsiniz ki, çəkilən hər şeyi filmdə göstərirlər? Mənim elə filmlərim olub ki, orada çəkildiyim bir çox kadrları çıxarıblar. Bu, yaradıcı işdir və bu qərarı filmin rəhbəri verir".

Əli Rəhimoğlu

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR