Bakıda qışı yola saldılar - FOTO

Bakıda qışı yola saldılar - FOTO
19:32 20 Fevral 2017
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakıda Maslenitsa bayramı qeyd olunur.

"Report" Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) istinadən xəbər verir ki, Bakıda "Modern" təhsil kompleksində bayram qeyd edilib. Kompleksin tələbələri və müəllimlərinin iştirakı ilə teatr səhnəcəyi nümayiş olunub. Bayram proqramına musiqi festivalı və xalq gəzintisi səhnələri, şən oyunlar, məzəli xalq mahnıları və rəqsləri daxildir.

Oxşar bayram tədbiri Azərbaycan Milli İncəsənət Muzeyində də keçirilib.

Qeyd edək ki, Maslenitsa qışla vidalaşmanın və təbiətin yenilənməsinin, yazın gəlişinin rəmzi olan ənənəvi slavyan bayramıdır. Bu il bayram fevralın 20-dən 26-dək keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR