Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
19:47 20 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral.REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov səfir Tsuquo Takahaşi gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-yaponiya-sefirini-diplomatik-fealiyyetinin-basa-catmasi-munasibetile-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR