Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
19:53 20 Fevral 2017
584 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

APA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi aşağıdakı redaksiyada verilib:

“Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə -

iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/188619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR