Elmar Məmmədyarov Yaponiya səfiri ilə görüşdü

Elmar Məmmədyarov Yaponiya səfiri ilə görüşdü
19:57 20 Fevral 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

T.Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfir T.Takahaşiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/519521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR