Məmurdan istefa istədilər, qonşu dövləti köməyə çağırdı

Məmurdan istefa istədilər, qonşu dövləti köməyə çağırdı
20:17 20 Fevral 2017
208 Dünya
Ölkə mətbuatı
A- A+

İran hökuməti ölkənin cənubunda baş verən, kütləvi elektrik və su kəsintisinə səbəb olan qum fırtınasında qonşu İraqı günahlandırır.

Trend İran KİV-lərinə istinadən xəbər verir ki, ölkənin vitse-prezidenti, ətraf mühitin mühafizəsi təşkilatının rəhbəri Məsumə Ebtekar İraqı qum fırtınaları ilə mübarizədə əldə olunan müqaviləyə əməl etməyə çağırıb. Həmin müqavilə qum fırtınalarının qarşısını almaq üçün səhrada qrunt sularının genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, ötən həftə qum fırtınası səbəbindən su və elektrikin kəsilməsi İranın cənub əyalətlərində etiraza səbəb olmuş və etirazçılar Məsumə Ebtekarın istefasını tələb etmişdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR