Hakimin qərarına qeyri-adi etiraz - Vyetnamda futbol qalmaqalı - VİDEO

Hakimin qərarına qeyri-adi etiraz - Vyetnamda futbol qalmaqalı - VİDEO
20:34 20 Fevral 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Vyetnam çempionatında “Lonqan” komandasının oyunçuları hakimin qərarına etiraz olaraq öz qapılarından üç top buraxıblar.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, “Ho Şi Min Siti” və “Donqtam Lonqan” komandaları arasındakı matçın son dəqiqələrində, hesab 2:2 olarkən, hakim “Lonqan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

 

Hakimin qərarından narazı qalan “Lonqan” futbolçuları öz etirazlarını qeyri-adi şəkildə nümayiş etdiriblər.

 

Penalti zərbəsi zamanı qapıçı üzünü çərçivəyə tərəf çevirib. Bundan sonra “Donqtam Lonqan”ın oyunçuları rəqib komandanın hücumları zamanı hərəkətsiz dayanıblar və qapılarından daha iki top buraxıblar.

 

Qeyd edək ki, matç fevralın 19-da keçirilib və “Ho Şi Min Siti” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR