ABŞ-da "qara bazar ertəsi" xəbərdarlığı

ABŞ-da "qara bazar ertəsi" xəbərdarlığı
20:37 20 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın vergi tariflərini azaltması ilə bağlı qərar verməyə hazırlaşması 1986-1987-ci illlərdə ABŞ fond birjalarında baş verənləri təkrarlaya bilər. 

"Report" xəbər verir ki, ABŞ-ın "Zerohedge" araşdırma şirkətinin hesabatına görə, o zaman ABŞ prezidenti olan Ronald Reyqanın vergiləri azaltmaq barədə qərar imzalamasından əvəl "S&P 500" indeksi 1987-ci ilin iyul ayına 40% artım göstərib. Vergi islahatları həyata keçirildikdən sonra isə 1987-ci ilin oktyabrında "qara bazar ertəsi" günü kimi məşhurlaşan və ABŞ-ın əsas fond birjası indeksi "Dow Jones Industrial"ın bir gündə 22,6% düşməsi hadisəsi baş verib. 

"Barclays"a görə, məhz 1986-cı ildə də neft qiymətləri kəskin azalaraq 10 dollar/bareldən aşağı enib və daha sonra artmağa başlayıb ki, bu da indiki vəziyyətə çox bənzəyir. Belə ki, ötən il neft qiymətləri 30 dollar/barelə qədər azaldıqdan sonra artmağa başlayıb və hazırda 55 dollar/barel səviyyəsindədir. Bankın bu iki dövrü müqayisəsində fərqli cəhət isə o zaman uçot dərəcələrinin yumşaldılması, indi isə sərtləşdirilməsi amilləridir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR