Azərbaycanlı futbolçu AFFA-ya "hə" demir - ÖZƏL

Azərbaycanlı futbolçu AFFA-ya "hə" demir  - ÖZƏL
20:47 20 Fevral 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Başqa ölkələrdə yaşayan azərbaycanlıları milliyə qazandırmaq istəyən AFFA-nın növbəti hədəfi bəllidi. Fanat.Az xəbər verir ki, baş katib Elxan Məmmədov Moskva “Spartak”ının 2-ci komandasından Mahaçqala “Anji”sinə keçən Ayaz Quliyevi yola gətirə bilmir.

 

Erməni mütəxəssis Aleksandr Qriqoryanın komandasına mövsümün sonunadək icarəyə verilən Ayazın yığmamıza çağırılmasını Moskva klubunun rəhbərliyi də istəmir. Orta xətt oyunçusunun qəsdən erməninin çalışdırdığı Dağıstan təmsilçisinə göndərilməsi siyasi addımdı. Böyük ehtimalla, bu, Azərbaycan mətbuatının asossiasiyaya təzyiq etməsinə və Ayaz məsələsinin bizimkilər üçün qapanmasına hesablanmış gedişdi. 

Daha öncə “mən Rusiya yığmasını seçəcəyəm” deyən Quliyevin Rusiya millisinin üzvü Aleksandr Səmədovun yoluyla gedəcəyi daha inandırıcıdı.  Reallıq budu ki, 20 yaşlı yarımmüdafiəçi AFFA-nın təklifini mədəni şəkildə geri çevirib. Dəqiqləşdirsək, “hələ qərarımı verməmişəm” söyləyərək yığmamızı B variantı kimi əlində saxlamağa çalışıb.

 


Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-futbolcu-affa-ya-quothquot-demir-t56412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR