Dünyanın ilk “4D-göydələni” - FOTO/VİDEO

Dünyanın ilk “4D-göydələni” - FOTO/VİDEO
21:03 20 Fevral 2017
218 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda 2020-ci ilə qədər fırlanan mərtəbələri ilə göydələnlər tikiləcək.

Publika.az “Khaleej Times” nəşrinə istinadən xəbər verir ki, tikintinin başlanğıc tarixi hələ elan edilməyib.

Layihə hələ 2006-cı ildə elan edilmişdi. Göydələndə mənzillər bir-birindən asılı olmadan 360 dərəcə fırlanacaq. Fırlanma səs komandaların köməyi ilə başlanır, fırlanma sürətini dəyişdirmək və ya onu dayandırmaq olar.

Sakinlər öz mənzillərini elə proqramlaşdıra biləcək ki, onlar bütün gün ərzində günəş işığı ilə təmin olunsunlar. Hər mənzilin qiyməti təxminən 30 milyon dollar olacaq.

80 mərtəbəli binanın hündürlüyü 420 metr təşkil edəcək. Göydələn dünyada birinci “4D-göydələn” olacaq.

Ömər







Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/188625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR