Ailəsini girov götürən şəxs özünü pəncərədən atıb

Ailəsini girov götürən şəxs özünü pəncərədən atıb
21:52 20 Fevral 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada ailəsini girov götürən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Moskva polisindən bildiriblər.
 
"Ailəsini girov götürən şəxs özünü pəncərədən ataraq batuta düşüb. Hazırda o saxlanılıb", məlumatda deyilir.
 
Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 
  
Məlumata görə, adı açıqlanmayan şəxs arvadı və uşaqlarını Borovski şossesində yerləşən yaşayış evində girov saxlayırdı.
 
O, İran, Çin və ya Şimali Koreyadan sığınacaq istədiyini bəyan edib.
 
Onun sözlərinə görə, bu yaxınlarda sui-qəsdə məruz qalıb, ona görə də mənzildən çıxmaq istəmirdi.
 
Bundan başqa, o, heç bir səfirliklə əlaqə saxlaya bilmədiyini də söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/519538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR