"Fariz Yusifovun təyinatı 3 tur əvvəldən məlum idi" - Ramin Musayev

"Fariz Yusifovun təyinatı 3 tur əvvəldən məlum idi" -   Ramin Musayev
22:07 20 Fevral 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC Sport"da "Bizim futbol" verişində açıqlama verib. Fanat.Az xəbər verir ki, PFL rəhbəri Fariz Yusifovun Topaz Premyer Liqasının XIX turunun "Qəbələ" - "Qarabağ" matçına baş hakim təyin olunacağı 3 tur əvvəldən məlum olduğu bəlli imiş. 

 

Onun sözlərinə görə, həmin vacib oyuna təyinatla bağlı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla məsləhətləşiblər: "Fariz hakimlərin Antalyada təlim-məşq toplanışında olmamasına baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən hazır idi. Belə qərara gəldik ki, bu məsul oyunu məhz belə təcrübəli hakimə tapşırıq. Halbuki, Farizin bundan xəbəri yox idi. Ona 1 tur öncə təyinat verdik və yüksək səviyyədə idarəçiliyi ilə "Qəbələ" - "Qarabağ" matçının öhdəsindən gələcəyinə əmin olduq. Əliyar Ağayevin "Qarabağ"la söz-söhbətləri çıxdığından onu təyinat etməyim düzgün olmazdı".

 

R.Musayev "Qəbələ"nin vurduğu ilk qolda Yusifovla yan xətt hakimi Azər Əsgərov arasında olan dialoqa da toxunub: "Qolun ilk olaraq sayılmadığı həmin epizodda elə düşündüm ki, laysman topun meydanda çıxdığını düşünüb. Ona görə də bayrağını qaldırdı və Fariz qolu saymadı. Ancaq sonradan baş hakimlə köməkçisi arasında söhbətdə məsələyə aydınlıq gətirdilər. Azər Əsgərovu günahlandırmaq düzgün olmazdı. O, elə zənn edib ki, top "Qəbələ"nin hücumçusundan gedib və buna görə ofsayd idi. Ancaq Yusifov topun "Qarabağ"ın futbolçusundan getdiyini bildirərək anlaşılmazlığa son qoydu. Buna görə baş hakimə "çox sağ ol" demək lazımdır".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfariz-yusifovun-tyinat-3-tur-vvldn-mlum-idiquot-t56413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR