Məşhur modeldən kişilərə mesaj: "Pulu maşına yox, ona xərcləyin" - FOTO

Məşhur modeldən kişilərə mesaj: "Pulu maşına yox, ona xərcləyin" - FOTO
22:22 20 Fevral 2017
247 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur model, stilist, dizayner İvana Sərt bu dəfə kişilərin geyimlərinə irad tutub. Kişilərin kostyum geyinərək sadə görünməyə çalışdıqlarını deyən İ.Sərt onlara geyimləri ilə bağlı bəzi tövsiyələr verib. Milli.Az lent.az-a istinadən məşhur modelin kişilərə məsləhətlərini təqdim edir.

İ. Sertin fikrincə, kişilər texnologiya və avtomobilə daha çox pul xərcləyirlər: "Ondansa pulunuzu geyimə xərcləyin. Necə ki, biz qadınların otaq dolusu geyimləri var, sizin də elə olmalıdır. Kişilər kostyum geyinməklə işlərini bitmiş hesab edirlər. Amma kostyum geyinən kişilər fərqlilik olsun deyə şərf, fərqli şlyapa, yaxud əlcəklər də istifadə edə bilər. Kiçik aksessuarlar da mühümdür, çünki tərz yaradır".
 
Ayaqqabı seçimində də problem olduğunu deyən modelin sözlərinə görə, kişilər də qadınlar kimi müxtəlif çeşiddə ayaqqabılara üstünlük verməlidirlər: "Biz qadınların 100-ə yaxın ayaqqabımız varsa, kişilərdə də belə olmalıdır. Kişilər çox az ayaqqabı alırlar. Müxtəlif çeşiddə ayaqqabı almalıdırlar. Ayaqqabı alarkən də ancaq qara, qəhvəyi birdə bordo rənglərə üstünlük verirlər. Amma məncə, bu, yanlışdır. Onların da ayaqqabıları rəngarəng və fərqli tərzlərdə olmalıdır".
 
Dizayner kişilərin pencək və köynək seçimindən də razı deyil: "Əksər kişilər bir ədəd ya tünd, ya da açıq rəngli pencək alır. Qarderobda fərqli rəngli pencəklər olmalıdır. Köynəklər arasında mavi, boz və ağ rənglilər olmalıdır. Bir rəngli qalstuk sıxıcı görünür. Rəngarəng və zərif görünüşlü qalstuklar taxsınlar. Bunlar daha müasir görünür".
 
İvana Sert əlavə edib ki, kişilər özlərini çox sıxır və geyimləri ilə ciddi görünməyə çalışırlar: "Əslində hər şey yaşa uyğundur. Amma rənglər və rəng uyğunluğu insanı bir az açmalıdır. Kişilər özlərini çox sıxırlar. Bir neçə dəst kostyum, ya da iki şalvarla kifayətlənirlər. Qarderoblarını daha da genişləndirməlidirlər".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR