Gəncədə yol qəzası baş verib: xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib: xəsarət alanlar var
22:37 20 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 20 fevral. REPORT.AZ/ Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi Prospektində baş verib.
Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR