Oğurluqla məşğul olan şəxslər tutulub

Oğurluqla məşğul olan şəxslər tutulub
22:57 20 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Yardımlıda geyim və ərzaq mağazasından oğurluq edən şəxslər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Köryədi kənd sakini Özüxan Həmzə oğlu İsmayılova məxsus Yardımlı şəhərində yerləşən Ticarət mağazasında oğurluq edilib. Oğrular mağazanın qapısının qıfılını sındıraraq mağazaya giriblər. Oradan 130 manat nağd pul və müxtəlif pul və əşyalar oğurlanıb.

Bundan başqa Rayonun Alçabulaq kənd sakini Səbuhi Qəzənfər oğlu Teymurova məxsus ərzaq mağazasından 79 manat nəğd pul və ərzaq məhsulları oğurlanıb.
 
Yardımlı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğrular saxlanılıb. Onlar rayonu Köryədi kənd sakinləri Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişovdur. Saxlanılanlar törətdikləri oğurluqları etiraf ediblər. Yardımlı polisi saxlanılanların digər hadisələrdə əli olub-olmadığını araşdırır. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/519549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR