Mağazalardan oğurluq edənlər tutuldu - Yardımlıda

Mağazalardan oğurluq edənlər tutuldu - Yardımlıda
22:59 20 Fevral 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Yardımlıda geyim və ərzaq mağazasından oğurluq edən şəxslər saxlanılıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Köryədi kənd sakini Özüxan Həmzə oğlu İsmayılova məxsus Yardımlı şəhərində yerləşən Ticarət mağazasında oğurluq edilib. Oğrular mağazanın qapısının qıfılını sındıraraq mağazaya giriblər. Oradan 130 manat nağd pul və müxtəlif  əşyalar oğurlanıb.

 

Bundan başqa Rayonun Alçabulaq kənd sakini Səbuhi Qəzənfər oğlu Teymurova məxsus ərzaq mağazasından 79 manat nağd pul  və ərzaq məhsulları oğurlanıb. Yardımlı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğrular saxlanılıb. Onlar rayonu Köryədi kənd sakinləri Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişovdur. Saxlanılanlar törətdikləri oğurluqları etiraf ediblər. Yardımlı polisi saxlanılanların digər hadisələrdə əli olub-olmadığını araşdırır. Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR