Yardımlıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Yardımlıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
23:02 20 Fevral 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Yardımlı rayonunda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun kəndlərində vətəndaşlara məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişov saxlanılıb.
Saxlanılan şəxslər Köryədi və Alçabulaq kəndlərindəki mağazalara qanunsuz olaraq daxil olmaqla ticarət obyektlərinin əmlaklarını taladıqlarını etiraf ediblər. Onların digər oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yardimlida-magazalardan-ogurluq-etmekde-subheli-bilinen-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR