Küçəyə atılan it özünə iş tapdı

Küçəyə atılan it özünə iş tapdı
23:22 20 Fevral 2017
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

Braziliyanın Moji-das-Kruzis şəhərində sahibi tərəfindən atılan it yanacaqdoldurma məntəqəsində işə düzəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Neqao ləqəbli iti Sabrina Plannerer və sevgilisi tərəfindən götürülüb: "Biz onu dərhal evimizə apardıq və ona lazım olan hər şeyi təqdim etdik. Ona yemək, itlər üçün ev və gəzinti sahəsi müəyyənləşdirdik".

Yanacaqdoldurma məntəqəsi işə başlayanda isə it şəxsi uniforma və identifikasiya kartı əldə edib. Əsas işi ilə yanaşı, it eyni zamanda FERA xeyriyyə təşkilatı ilə də əməkdaşlıq edir. Sözügedən təşkilat evsiz itləri müxtəlif tədbirlərə, ya da biznes-aksiyalara cəlb edir. Xəbərdə qeyd olunur ki, Neqao qrupun reklam posteri üçün də çəkilib. 2016-cı ilin oktyabrında məlum olub ki, evsiz heyvanlar üçün sığınacaqda 3 il boyunca yaşayan it özünə ev tapıb. Nəşr heyvanı "düyanın ən yalqız iti" adlandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR