"Orda nə baş verdiyini görmədim"

"Orda nə baş verdiyini görmədim"
23:37 20 Fevral 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Mario Balotelli bu mövsüm Fransa Liqasında 3-cü qırmızı vərəqəsini "Lorient" - "Nice" (0:1) oyununda alıb. Matçdan sonra referi italyan hücumçunu onu ingiliscə təhqir etdiyinə görə meydandan qovduğunu demişdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna "Nice"nın baş məşqçisi Lüsyen Favr da münasibət bildirib.

"Balotellinin günahlandırmaq istəmirəm. 25 dəqiqə qalmış azlıqda oynamaq çətindir. Hər oyundan əvvəl futbolçulara qırmızı vərəqə almamağı və penaltiyə səbəb olmamağı tapşırıram. Orda nə baş verdiyini görmədim. Mario həftə ərzində məşqlərdə yaxşı təsir bağışladı. Oyuna lazımınca köklənmişdi, onu dəstəkləmək lazımdır" - isveçrəli mütəxəsis deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR