Yazın ilk çiçəyi

Yazın ilk çiçəyi
23:37 20 Fevral 2017
137 Maraqlı
Ölkə mətbuatı
A- A+

Təbiətdən qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzçiçəyinin erkən açılan al-əlvan çiçəkləri baharın müjdəçisi hesab edilir, onu el arasında növruzgülü də adlandırırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qədim dövrlərdən etibarən ondan müalicə məqsədi ilə istifadə olunub. Məsələn, Yunanıstanda novruzçiçəyini Olimpin dərman çiçəyi hesab edirdilər. Qədim həkimlər novruzçiçəyi ilə iflici müalicə edir və buna görə də onu "iflic otu" adlandırırdılar. İngiltərə isə onu sehirli çiçək kimi qəbul edirdilər.

Xalq təbabətində novruzçiçəyinin dəmləmə, bişirmə və şirəsi bronxit, astma, qəbizlik, yuxusuzluq, öskürək, başgicəllənmə, qıcolmalar, iflic, ümumi zəiflik və s. zamanı istifadə olunur. Onu adətən aptek çobanyastığı, dərman gülümbaharı, dərman cəbrayılotu və adi cirə ilə birlikdə təyin edirlər. Tərkibindəki saponinlərin hesabına öskürək əleyhinə tərqovucu və sidikqovucu təsirlər göstərir. Həmçinin C və A vitaminlərinə malik olduğuna görə həmin vitaminlərin çatışmazlığında da istifadə edilir.

Novruzçiçəyi preparatlarının istifadəsinə əks göstəriş yoxdur, lakin bəzi xəstələrdə ona qarşı yüksək dərəcədə həssaslıq var. Onunla güclü təmas zamanı həmin xəstələrin dərisinda güclü qaşınmalar yaranır və qabarmalar əmələ gəlir.

Emallı qabda bitkinin 1 xörək qaşıq kökümsovu və kökünün bişirməsi üzərinə 1 stəkan qaynar su əlavə edilərək yarım saat su hamamında dəmlənilir, 15 dəqiqə soyuyandan sonra süzülür. Xammalın qalığını sıxıb süzüntü ilə birləşdirir, qaynadılmış soyuq su əlavə edərək bişirmənin həcmi 1 stəkana çatdırılır, gündə üç dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edilir.

5-10 qram novruzçiçəyi yarpağının tozu 1 stəkan qaynar suda dəmlənilərək gündə 3-4 dəfə, hər dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

Novruzgülünün təzə toplanmış yerüstü hissəsindən alınmiş şirə gündə 3 dəfə, hər dəfə üçdəbir stəkan qəbul edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR