Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verib - FOTO

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi baş verib - FOTO
23:37 20 Fevral 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sürüşmə hadisəsi Masallı- Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.
 
Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR