"Bu uşaqlarda söz xəzinəsi hər nə qədər yaxşı vəziyyətdə olsa da..."

"Bu uşaqlarda söz xəzinəsi hər nə qədər yaxşı vəziyyətdə olsa da..."
00:05 21 Fevral 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Onların 75-80%-i eşitmənin ötürülməsi itkisi və fonematik çətinliklər yaşayır

Daun sindromu xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biridir. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur (artıq olan 1 qeyri-cinsi xromosomdur). Bu xromosom dəsti ilə doğulanların psixiki inkişafı kəskin dərəcədə zəif olur.

Qeyd edək ki, xromosom saylarında olan patoloji dəyişikliklərin (mutasiya) əmələ gəlməsinin səbəbləri müxtəlif ola bilər: valideynlərin yaşı, müxtəlif xəstəlikləri, ətraf muhitin zərərli faktorları (şüalanma, kimyəvi intoksikasiyalar (zəhərlənmələr) və s. Doğulan uşaqlarda bu xəstəliyin olmasının bir çox əlamətləri olur: nəzərəçarpan əzələ zəifliyi, çəpgözlülük, yastısifətlilik, ağızın yarımaçıq vəziyyətdə olması, uşağın bir qədər böyümüş dilini tez-tez bayıra çıxarması və içəri çəkməsi, əllərində dərin köndələn büküşün olması və s. Uşağa son dəqiq diaqnozun qoyulması isə qanın xüsusi genetik müayinəsindən sonra mümkün olur.

Milli.Az bildirir ki, defektoloq-loqoped Esmira Qafarovanın "Ekspress"ə bildirdiyinə görə, Daun sindromlu uşaq bir çox inkişaf sahəsində olduğu kimi dil və nitq inkişafı baxımından da çətinliklər yaşayır: "Daun sindromlu uşaqların güclü və güclü olmayan istiqamətləri var. Bu uşaqların söz xəzinələri, jest-mimika istifadələri və sosial aspektləri güclüdür, dil və nitq bacarıqları güclü olmayan, digər bir ifadəylə inkişaf etdirilməyə açıq istiqamətidir".

Qafarova qeyd edib ki, gecikmiş və qüsurlu dil-nitq inkişafı Daun sindromunun əsas xüsusiyyətlərindəndir: "Bu gecikmə və qüsur çox zaman erkən inkişaf mərhələsində görülür. Əksər Daun sindromlu uşaqlar 3 yaşlarında hələ dil inkişafının erkən mərhələlərində olur və bəziləri hələ danışmırlar. Daun sindromunda dil və nitq problemlərindən başlıcası artikulyasiya və fonometik problemlərdir. Bu səbəblə Daun sindromlu uşaqlarda nitqin anlaşılması çətin olur və bu uşaqları ümumiyyətlə ailəsi xaricində insanlar kifayət qədər anlaya bilmirlər. Bu uşaqlarda fonosiyon nitq inkişafının erkən mərhələləri problemli olur. Ancaq inkişaf irəlilədikcə, Daun sindromlu uşaqların çoxu, babıldama dövründən başlayıb danışılan sözlərə qədər uzanan dövr müddətində, normal inkişaf edən yaşıdlarının gerisinə düşür. Normal həm yaşıdları ilə müqayisədə fonematik qısa müddətli yaddaş çətinlikləri də olur. Bu da nitq prosesinə mənfi təsir edir".

Həmsöhbətimizin dediyinə görə, Daun sindromlu uşaqların qrammatik strukturları anlamasında problemləri olur: "İfadəedici dilləri alıcı dillərindən daha ön səviyyədədir. Digər tərəfdən, idrak çatışmazlıqları da mənfi təsir edir. Daun sindromlu uşaqlarda ifadəedici dildəki ən böyük problem semantik və morfoloji qavramının pozulmadındadır. Bu uşaqlarda söz xəzinəsi hər nə qədər yaxşı vəziyyətdə olsa da, bu mövzuda hər hansı bir çatışmazlıq da bu prosesə mənfi təsir edir. Bu uşaqlarda eşitmə itkisi orta qulaq iltihabı qaynaqlı olduğu təsbit edilib. Aparılan araşdırmalar nəticəsində Daun sindromlu uşaqların təxminən 75-80%-i eşitmənin ötürülməsi itkisi və fonematik çətinliklər yaşadığı müəyyənləşdirilib. Bu eşitmə problemləri dil və nitq inkişafına, şübhəsiz, mənfi təsir edəcək. Qulaq infeksiyalarının dil bacarıqlarına mənfi təsir edə biləcəyi ilə bağlı bəzi görüşlər də var".

Qafarova deyir ki, Daun sindromlu uşaq, ümumiyyətlə, nitq inkişafına təsir edən mühərrik problemlər yaşayır: "Danışmaqla əlaqədar əzələlərin zəif olması, zamanlama və koordinasiya problemləri, nitq və bunun yanında çeynəmə və bəslənmə bacarıqlarına da təsir edir. Eyni zamanda, bəzi diş, damaq, çənə və s. strukturlarda bəzi fərqliliklər də müşahidə edilir. Dilin ağız xaricinə çıxmağa meylli olması da çox görülən bir vəziyyətdir. Daun sindromlu uşaq doğum əvvəli, ya da doğumda diaqnoz qoyulur. Bu, digər bəzi inkişaf pozğunluqlarına görə olduqca sərfəlidir. Buna görə ailələr, uşaqlarında dil-nitq inkişafında hər hansı bir olabiləcək gecikməyə hazırlıqlı ola bilərlər. Bu da ailələrə müdaxilə mövzusunda öncədən cəhd edə bilmək üçün böyük bir üstünlük təmin edir. Daun sindromunda, digər dil və nitq pozğunluqlarında da söz mövzusu olduğu kimi erkən müdaxilə böyük əhəmiyyət daşıyır. Bütün bu səbəblərdən otizm və s. digər inkişaf pozğunluqlarına bənzər şəkildə Daun sindromlu uşaqların da dil və nitq terapiyasına ehtiyacı var. Bu müalicələr  arktikulyasiya fonematik və s. baxımından dil və nitq inkişafının dəstəklənməsinə, anlaşılmasının artırılmasına, oral-motor problemlərlə baş edilməsinə, uşaqların şifahi ünsiyyətə cəsarətləndirilməsinə və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə əsaslanır. Daun sindromlu uşaqların ünsiyyət üçün hələ danışmağı istifadə edən müddətdə dəstəkləyici və alternativ kommunikasiya üsullarından da dəstək alır".

Mütəxəssis qeyd edib ki, ailələr Daun sindromlu bir uşağa sahib olacaqlarını, ya da olduqlarını öyrəndikləri zaman uşaqlarında nə kimi bir dil inkişafı prosesini reallaşdırmalı, nə kimi yanaşmalar göstərmələri və hansı ev fəaliyyəti proqramlarının tətbiq olunması lazım olduğu mövzusunda yaş dövrlərinə görə daim məsləhət almalı və lazımlı hazırlıqları görməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR