"Bu matç həlledici deyildi" - Sergey Zenyov

"Bu matç həlledici deyildi" -   Sergey Zenyov
00:27 21 Fevral 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

“Qarşılaşma azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə keçdi. Stadiona toplaşan tamaşaçıların da gözəl və keyfiyyətli futbol izlədiyini düşünürəm. Hər iki komanda üçün çətin, ağır oyun oldu. Sevinirəm ki, belə bir matçda çox vacib qələbə qazandıq".


Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Topaz Premyer Liqasının XIX turunda "Qarabağ"a qalib gəldikləri oyun (2:0) haqda fikirlərini klubun saytına bildirərkən deyib.


"Matça çox yaxşı hazırlaşıb, bütünlüklə görüşə köklənmişdik. Oyun təxminən bərabər səviyyədə keçdi. Lakin rəqibdən fərqli olaraq, biz iki qol vura bildik. “Qarabağ” kimi güclü komandaya qalib gəldiyimiz üçün şadam” - deyə o bildirib.


Estoniyalı legioner vurduğu qol barədə də danışıb: “Qol vurduğum epizodda Filip Ozobiçin də əməyi böyük idi. O, topu qapı xəttinin üstündən mənə ötürdü. İlk cəhdinin qarşısını müdafiəçilər alsa da, təkrar ötürmə ilə mənə assistentlik etdi. Mən isə əlverişli mövqedə olduğumdan topu qapıya göndərdim. Qolkiper də bu zərbənin qarşısını ala bilmədi. Rəqibin uzaqlaşdıra bildiyi ilk ötürməni də tamamlamağa hazır idim. Lakin önəmli olan kimin qol vurmağı deyil, qələbə qazanmağımız idi”.


Zenyov qələbəni vacib olduğunu vurğulasa da, matçı çempionluq mübarizəsində həlledici saymadığını da qeyd edib: “Bu görüş vacib olsa da, həlledici deyildi. Çünki qarşıda hələ çox oyun var. Sadəcə xal fərqini aradan qaldırmağımız yaxşı oldu. Bu fərq 6-ya çatsaydı, sonra çətin ola bilərdi. İndi növbəti matçları düşünməliyik. Mübarizə hələ irəlidədir. Matçın sonlarında əvəzlənməyim dizimdəki ağrılarla bağlı idi. Amma ciddi problem yoxdur. Komanda ilə növbəti matçın hazırlıqlarını davam etdirəcəyəm”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-matc-hlledici-deyildiquot-t56414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR