I divizionda yeni komanda - Ramin Musayev açıqladı

I divizionda yeni komanda -   Ramin Musayev açıqladı
00:57 21 Fevral 2017
1183 İdman
Ölkə mətbuatı
A- A+

Gələn mövsümdən Azərbaycan çempionatının I divizionunda yeni komanda mübarizə aparacaq. Fanat.Azxəbər verir ki, söhbət "Binə" komandasından gedir. 

Bu barədə məlumatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "CBC  Sport"da yayımlanan "Bizim Futbol" verilişində deyib: "İki gənc mənə yaxınlaşdı və belə bir fikirdə olduqlarını bildirdilər. Onlar "Binə" adlı komandanın I divizionda mübarizə aparmasını istəyirlər. Məndən bunun üçün hansı sənədlar lazım olduğunu soruşdular. Cavab verdim ki, bank təminatını mənə təqdim edin, qalan sənədləri özüm təşkil edəcəyəm. Əməkdaşımız Zamiq Hüseynova bu məsələ ilə bağlı xüsusi tapşırıqlarımı vermişəm. Binə qəsəbəsində AFFA-nın balansında olan stadion var. "Binə"nin ev oyunlarını həmin stadionda keçirməsi ilə bağlı AFFA-ya müraciət edəcəyəm. Həmin stadionun meydançası süni örtükdən olsa da, keyfiyyətlidi". 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-i-divizionda-yeni-komanda-t56417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR