Əfqanıstanda kəskin soyuqlarla əlaqədar 37 nəfər ölüb

Əfqanıstanda kəskin soyuqlarla əlaqədar 37 nəfər ölüb
01:12 21 Fevral 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Güclü qar və yağışlar, habelə kəskin soyuqlarla əlaqədar Əfqanıstanın bir çox ərazilərində 37 nəfər dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Ölkənin fövqəladə hallar üzrə naziri Vais Əhməd Bermak bildirib ki, artıq hökumət zərərçəkənlərə kömək və maddi yardım təşkil edib. Bununla yanaşı, xilasedicilərin və humanitar yardımların təbii hadisədən zərər çəkmiş ərazilərə çatdırılması üçün yollar qardan təmizlənir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-keskin-soyuqlarla-elaqedar-37-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR