“Barselona” Arda Turanla bağlı qərar verdi

“Barselona” Arda Turanla bağlı qərar verdi
01:23 21 Fevral 2017
230 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” türkiyəli futbolçusu Arda Turanla bağlı daha bir təklifə “yox” cavabı verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Çin klublarından birinin 60 milyon avroluq təklifinə mənfi cavab verib. Xəbərdə Ardanın menecerinin rəhbərliyə “Çempionlar Liqasında da şansınız azdı, Ardanı buraxın getsin” dediyi, ancaq klub rəsmilərinin fikrini dəyişmədiyi qeyd edilib. Rəhbərlik son təklifə də “Ardanı satmırıq” cavabını verib.

Hazırda zədəli olan Arda cari mövsümdə “Barsa”nın heyətində meydana çıxdığı 25 oyunda 11 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR