Bakıda 4 avtomobil qarət olundu - VİDEO

Bakıda 4 avtomobil qarət olundu - VİDEO
02:58 21 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Xətai rayonunda gecə saatlarında 4 avtomobil qarət olunub.

Publika.az xəbər verir ki, hadisə rayonun Rahib Məmmədov küçəsi, 22 saylı binanın qarşısında baş verib. Gecə saatlarında 3-4 nəfər olduğu ehtimal edilən qrup avtomobillərin şüşələrini sındıraraq içindən oğurluq ediblər. Əvvəlcə avtomobillərin yan şüşələrini silərək içinə baxış keçirən şəxslər daha sonra avtomobillərə daxil olublar. Oğrular ümumilikdə 4 maşına ziyan vurublar.

Oğurluq edən şəxslər sonra maşınlara təpiklə vuraraq ziyan yetiriblər.

Faktla bağlı Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar əl barmaq izlərini götürüblər.

Hazırda oğruların yaxalanaraq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam edir. (milli.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/188639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR