189 gündə 93 stadiona baş çəkən azarkeş kitaba düşdü

189 gündə 93 stadiona baş çəkən azarkeş kitaba düşdü
05:53 21 Fevral 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Çempionşip təmsilçisi “Derbi Kaunti”nin azarkeşi Ed Vud maraqlı rekorda imza atıb.

Komanda.az xəbər verir ki, 189 gün ərzində 93 fərqli stadionda olan fanat bu cəhətdən Ginnesin rekordlar kitabına düşüb. O, 237 gündə bu nəticəyə imza atmış Bervik Reyncersin rekordunu qırıb.

Ed Vud yerli mətbuata rekordu həyata keçirməsinin səbəbini açıqlayıb:

“Bunu etməyimə səbəb 2014-cü ildə atamı itirməyim oldu. Sadəcə çalışmaq, ömrümü belə başa vurmaq istəmirdim. Çox sıx qrafiklə çalışırdım. Oyanırdım, çalışırdım və yenidən yatırdım. Bu gedişata son qoymaq istəyirdim”.

Ed Vud son olaraq “Roçdeyl” - “Çarlton” oyununu stadiondan izləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/188652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR