Cənubi Sudanda 1 milyon insan aclıq həddindədir

Cənubi Sudanda 1 milyon insan aclıq həddindədir
06:17 21 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Sudanda 100 min aclıqdan əziyyət çəkir, daha 1 milyon insan isə aclıq həddindədir.
"Report"un məlumatına görə, bununla bağlı BMT-ın Ərzaq və Kənd təsərrüfatı təşkilatının, YUNİCEF və Ümumdünya Ərzaq Proqramının yaydığı birgə məlumatda bildirilir.
Məlumatda həmçinin vurğulanır ki, beş milyona yaxın insan təcili ərzaq köməyinə ehtiyac duyur. Qeyd edək ki, bazar ertəsi günü Afrikanın bu ölkəsinin dövlət orqanları bir sıra ərazilərdə sakinlərin aclıq çəkdiyini bildirib.
Aclıq hazırda ölkənin şimal, mərkəzi hissələrində, eləcə də Yuniti ştatında daha çox tüğyan edir. Qida çatışmazlığının rəsmi şəkildə elan edilməsi insanların artıq aclıqdan ölməyə başladığını göstərir.
Cari vəziyyət üç il əvvəl döyüş əməliyyatlarının başlanğıcı anından ərzaq təhlükəsizliyi sahəsində ən ciddi faciədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-sudanda-1-milyon-insan-acliq-heddindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR