"Şuxi" salatı

"Şuxi" salatı
07:05 21 Fevral 2017
404 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az macar mətbəxindən "Şuxi" salatının hazırlanma qaydasını təqdim edir

Bavariya bulkaları - FOTO

Tərkibi: 

500 q çuğundur

200 q qurudulmuş göbələk

2 baş soğan

2 x.q. bitki yağı

1 x.q. zeytun yağı

2 x.q. limon şirəsi

duz

qara istiot

3 diş sarımsaq

Çuğunduru soyun, yuyub qurulayın. Folqanın üzərinə qoyub 1 x.q. bitki yağı çəkin. Folqaya büküb 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. 

Göbələyi suda isladın, sonra isə 15 dəqiqə bişirin. 

Soğanı xırda doğrayıb qalan bitki yağında qovurun. 

Soyumuş çuğundurla göbələyi saman kimi doğrayıb qarışdırın. Qovrulmuş soğanı, əzilmiş sarımsağı, zeytun yağı, limon şirəsi, duz-istiot qatıb qarışdırın. 

2 saat saxladıqdan sonra süfərəyə verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/519527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR