“Kasperski laboratoriyası” yeni əməliyyat sistemi hazırlayıb

“Kasperski laboratoriyası” yeni əməliyyat sistemi hazırlayıb
07:42 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Kasperski laboratoriyası" şirkəti şəbəkə avadanlığı, müxtəlif avtomatlaşdırılmış sistemlər və "Əşyalar interneti" üçün nəzərdə tutulan yeni "KasperskyOS 11-11" əməliyyat sistemini təqdim edib. Yeni sistem istifadəçilərin təhlükəsizliyinin qayğısına qalacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət rəhbəri bu yaxınlarda şəxsi bloqunda əməliyyat sisteminin buraxılışı barədə məlumat verib. Əməliyyat sisteminin əsasını tam yeni texnologiyalar təşkil edir.

Bildirilir ki, "OS X", "Windows", "Linux" və digər sistemlərdə daha çox rahatlıq və universallıq, yeni proqramların hazırlanmasının sadələşdirilmiş variantı olduğu halda "Kasperski laboratoriyası" ilk növbədə istifadəçilərin təhlükəsizliyinin qayğısına qalıb. Yeni sistemin tərkibinə hipervizor, sistem faylları və vacib komponentlərin mühafizəsi üçün xüsusi alətlər daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR