Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub

Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində 7 dinc sakin həlak olub
07:47 21 Fevral 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Suriyada Bəşər Əsədə məxsus hərbi qüvvələrin hava zərbələri nəticəsində paytaxt Dəməşqin 7 dinc sakini həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, paytaxtın Berze yaşayış məntəqəsi havadan bombardman edilib. Belə ki, Suriya ordusuna aid hərbi təyyarə müxaliflərin nəzarəti altında olan ərazini hədəfə alıb.
Hücum nəticəsində ölən dinc sakinlərdən 2-i qadın, 2-i isə uşaqdır. Hava zərbələri nəticəsində habelə çoxlu sayda sakin də yaralanıb.
Bombardmanlardan yaşayış binaları da ziyan çəkib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/beser-esede-mexsus-herbi-quvvelerin-hava-zerbeleri-neticesinde-7-dinc-sakin-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR