Virtual reallıqlı ilk kinoteatr

Virtual reallıqlı ilk kinoteatr
07:52 21 Fevral 2017
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los-Anceles şəhərinin sakinləri və qonaqları artıq film və qısametrajlı videoçarxları IMAX kinoteatrında virtual reallıq formatında izləyə biləcəklər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, film seanslarının virtual reallıq texnologiyası ilə təqdim edildiyi ilk müəssisədir.
 
Kinoteatrın əsas üstünlüyü ondan ibarətdir ki, burada bütün qurğular virtual reallıq rejimində işləyir. Kinoteatrda müxtəlif qurğular və imkanlarla təchiz edilmiş 14 otaq təqdim olunur. IMAX-ın rəhbərliyi virtual reallıq rejimində film izləmək üçün qarnitür və qurğuları Yaponiya və Çin də daxil olmaqla, onlarla ölkədən əldə edib. "ILMxLABs", "Sony", "Lionsgate", "Starbreeze", "Survios" və "Ubisoft" şirkətləri artıq Los-Ancelesdə yerləşən bu kinoteatrı filmləri izləmək üçün hazır məhsulla təmin etmək barədə istəklərini bildiriblər.
 
Qeyd edək ki, istifadəçilər lazımi qurğuları özləri sərbəst seçə bilərlər. 1 seansın qiyməti 7-10 dollar arasında dəyişəcək. Kinoteatrda eynək, şlem, geyim, kreslo və jiletlər var və onlara yeni texnologiyalar əlavə ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR