Xiaomi Redmi 5-in göstəriciləri sızdırıldı - FOTO

Xiaomi Redmi 5-in göstəriciləri sızdırıldı - FOTO
08:22 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Xiaomi" şirkətinin yeni büdcəli smartfonunun foto və texniki göstəriciləri, sertifikatlaşdırma saytı TENAA-da təqdim olunub.
Milli.Az technote.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə MAE136seriyalı model, bazara Xiaomi Redmi 5 adı ilə satışa çıxacaq.

Yeni smartfonun dizaynı, Redmi 4-ə bənzəyir. O, Redmi 4-dəki kimi netal korpusa, üst və alt hissədə plastik çərçivələrə, yuxarı sol hissədə kameraya və arxa panelin orta hissəsində barmaq izi skanına sahibdir. Lakin yeni cihazın ön paneli, əvvəlki modeldən fərqlənir. Belə ki, bu dəfə "Home" düyməsi dairəvi formadadır. Qalan idarəetmə panelləri isə Redmi 4-dəki kimidir. Cihazın texniki göstəriciləri barəsində məlumat azdır. Məlum olan odur ki, smartfonun batareya həcmi 4000 mAh təşkil edəcək. Həmçinin yeni model iki SIM kart özəlliyini də özündə birləşdirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/519102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR