Novruz bayramında qulaq falına çıxmaq, qapı pusmaq olarmı?

Novruz bayramında qulaq falına çıxmaq, qapı pusmaq olarmı?
08:27 21 Fevral 2017
192 Ölkə
Ölkə mətbuatı
A- A+

Təəssüf ki, Novruz bayramına düşmən olan bəzi qüvvələr bu adət-ənənəyə də şirk damğası vururlar. Əvvəla, unutmaq olmaz ki, heç kim qulaq falını ciddi mənada fal kimi yozmur. Bu, mistik mahiyyətdən daha çox, əyləncə xarakteri daşıyan adətdir. İkincisi, İslamda hər hansı hadisəni xeyrə yozmaq, əlamətlərdən xoş nəticə çıxarmaq və gələcəyə nikbin baxmaq müsbət qarşılanır.

Milli.Az islam.az-a istinadən bildirir ki, buna "fəl" deyirlər. Fəl hal-hazırda fal kimi tanıdığımız haram əməldən tamamilə fərqlidir. Çünki fal - gələcəkdən xəbər vermək və kahinlikdir. Amma fəl - baş vermiş bir hadisəni xeyirə yozmaqdır. Peyğəmbərdən: "Fəl nədir?" - deyə soruşduqda, "Hər hansı birinizin eşitdiyi gözəl sözdür" cavabını vermişdi (Səhihül-Buxari, Tibb kitabı, 5754-cü hədis). Buna görə də, qulaq falına çıxmağı şirk saymaq səhvdir.

Lakin qulaq falına çıxmağın digər bir cəhəti də var ki, məhz bu səbəbdən onu müsəlmanlara tövsiyə etmirik. İslamda başqasının şəxsi həyatına iznsiz müdaxilə etmək, sözünü və hərəkətlərini güdmək pis qarşılanır və qul haqqına girmək kimi dəyərləndirilir. Buna görə qapı pusmağı, qulaq falına çıxmağı müsəlman əxlaqına zidd olan hərəkət sayır və edilməməsini məsləhət görürük.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/519109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR